SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

2025.05.13, 11:04
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb.

PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və azərbaycanlıları da sevindirdiyini deyən Prezident bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib.

Dövlət başçısı qeyd edib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunulub, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar