SON XƏBƏRLƏR

Kiyev və Moskvadan açıqlamalar: Zelenski və Putin İstanbulda görüşəcək?

2025.05.13, 15:33
Kiyev və Moskvadan açıqlamalar: Zelenski və Putin İstanbulda görüşəcək?

Rusiyanın başlatdığı müharibəyə son qoymaq istəməməsinin son siqnalı Prezident Vladimir Putinin İstanbulda danışıqlarda iştirakdan imtina etməsi olacaq.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

“Ukrayna Rusiya Federasiyası ilə istənilən formatda danışıqlara hazırdır, amma birinci prioritet atəşkəsdir. Biz prezidentin (Volodimir) Türkiyədə görüşə hazır olduğunu təsdiqləmişik. Dünən Prezident Trampdan qətiyyətli və aydın bəyanat oldu, o, hər iki liderin Türkiyədə olmasını gözləyir. O, bu səfərin mümkünlüyü haqqında düşünür. Putin Türkiyə görüşdən imtina etsə, bu, Rusiyanın müharibəni bitirməyə və danışıqlara hazır olmadığının son siqnalı olacaq”, - Ukrayna rəsmisi bildirib.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da Türkiyə görüşü ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Rusiyanın İstanbulda Ukrayna ilə danışıqlara hazırlığı davam edir.

“Rusiya tərəfi cümə axşamı baş tutması planlaşdırılan danışıqlara hazırlığı davam etdirir”, - Peskov vurğulayıb.

Rusiya prezidentinin sözçüsü əlavə edib ki, Kreml hələlik bu görüşlə bağlı başqa şərh verməyi planlaşdırmır. Dmitri Peskov görüşün prezidentlər səviyyəsində olub-olmayacağını aydınlaşdırmayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar