SON XƏBƏRLƏR

Prezident Ərdoğan Mark Rutteni qəbul edib

2025.05.13, 16:00
Prezident Ərdoğan Mark Rutteni qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutteni Prezident Kompleksində qəbul edib.

Gunaz.tv

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx diplomatik trafiki davam edir.

Ərdoğan mayın 14-15-də Antalyada keçirilməsi planlaşdırılan NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı öncəsi NATO-nun baş katibi Mark Rutteni qəbul edib.

Prezident Kompleksində keçirilən görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Regional məsələlərin müzakirə edildiyi ehtimal edilən görüşdə ən aktual mövzu Rusiya ilə Ukrayna arasında sülh prosesi və Türkiyənin sülh prosesinə töhvə vermək səyləri olduğu ehtimal edilir.

Rusiya lideri Vladimir Putinin Ukrayna ilə 2022-ci ildə kəsilən birbaşa sülh danışıqlarının bərpası üçün ünvan kimi İstanbulu göstərməsindən sonra Mark Rutte ilə baş tutan görüş həm də vaxt baxımından çox kritikdir.

Bu görüşdən sonra prezident Ərdoğan Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasına sədrlik edəcək.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar