SON XƏBƏRLƏR

İranda elektrik çatışmazlığı- Dərs saatlarının vaxtı dəyişdi

2025.05.13, 19:09
İranda elektrik çatışmazlığı- Dərs saatlarının vaxtı dəyişdi

İranın bütün bölgələrində dərs saatları dəyişib və bundan sonra təhsil ocaqları həm birinci, həm də ikinci növbədə yalnız saat 06-dan 13:00-a kimi fəaliyyət göstərəcək.

Gunaz.tv

Bu barədə Nazirlər Kabinetinin yeni qərarında bildirilib.

"Enerji istehlakının optimal idarə olunması və mövcud disbalansın azaldılması məqsədilə təhsil şöbələrinin və məktəblərin iş saatları dəyişdirilib",- məlumatda deyilir.

Qeyd edək ki, mayın 10-da İranda dövlət idarələrinin iş saatı 06-dan 13:00-a kimi təyin edilib.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani ölkədə 20 Meqavat elektrik çatışmazlığı olduğunu deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar