SON XƏBƏRLƏR

Mahmud Ocaqlı Evin həbsxanasına qayıtdı

2025.05.15, 12:36
Mahmud Ocaqlı Evin həbsxanasına qayıtdı

Evin həbsxanasında saxlanılan və mayın 10-da qısa müddətli məzuniyyətə buraxılan azərbaycanlı milli fəal Mahmud Ocaqlı yenidən həbsxanaya qayıdıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat verib.

Ocaqlı, 4 milyard tümən girov (45 min dollar) qarşılığında 4 gün müddətinə məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri azərbaycanlı fəalı 2022-ci il dekabrın 11-da Tehranda öz iş yerində həbs ediblər.

İran məhkəməsi Ocaqlını "rejimə qarşı təbliğat aparmaq" ittihamına görə 11 il azadlıqdan məhrum edib.

Mahmud Ocaqlı ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar