SON XƏBƏRLƏR

Danışıqlardan sonra Rusiyaya qarşı sanksiya çağırışları güclənib

2025.05.17, 09:29
Danışıqlardan sonra Rusiyaya qarşı sanksiya çağırışları güclənib

Amerika Koqresinin bəzi üzvləri İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarından sonra Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi çağırışlarını gücləndiriblər.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bu barədə cümə günü "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs danışıqlarında cüzi irəliləyiş fonunda amerikalı senatorlar Konqresə Rusiyaya qarşı sanksiyaları təsdiqləmək çağırışlarını təzələyiblər.

Agentliyin məlumatına görə Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı əsas və ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini 100 Senat üzvündən 73-ü dəstəkləyir.

"Reuters" qeyd edib ki, hər iki palata üzvləri qanun layihələri üzrə səsvermənin tarixini açıqlamayıblar.

Amerika prezidenti Donald Tramp Ukrayna ilə bağlı razılaşma olmadığı təqdirdə Rusiyaya qarşı yeni sərt sanksiyaların tətbiqinə icazə verib.  Tramp bu haqda “Fox News” telekanalına müsahibəsində danışıb. Amerika prezidenti deyib ki, o, əgər razılaşma olmasa o bu cür sanksiyalara icazə verəcək.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar