SON XƏBƏRLƏR

Həmədanlı müəllim təhlükəsizlik idarəsində dindirilib

2025.05.17, 10:53
Həmədanlı müəllim təhlükəsizlik idarəsində dindirilib

Təqaüddə olan həmədanlı müəllim və Həmədan Müəllimlərinin Həmkarlar İttifaqının idarə heyətinin üzvü İrəc Ənsari təhlükəsizlik idarəsində  dindirilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinin əməkdaşları azərbaycanlı müəllimin evində axtarış apardıqdan, bəzi şəxsi əşyaları müsadirə etdikdən sonra, onu özləri ilə idarəyə aparblar.

Bir neçə saat dindirildikdən sonra İrəc Ənsari girov qarşılığında sərbəst buraxılıb.

Müəllimin dindirilmə səbəbləri və nədə ittiham olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, İrəc Ənsari bundan əvvəl mədəni dinc fəaliyyətlərinə, müllim və tələbələrin həbsinə etiraz etdiyinə görə təzyiqlərə məruz qalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar