SON XƏBƏRLƏR

Britaniya 3 iranlıya qarşı ittiham irəli sürdü

2025.05.17, 11:29
Britaniya 3 iranlıya qarşı ittiham irəli sürdü

Britaniya polisi üç iranlının Milli Təhlükəsizlik Qanununu pozmaqda ittiham olunduğunu açıqlayıb.

Gunaz.tv

Britaniya polisi üç ianlının Milli Təhlükəsizlik Qanununu pozmaqda ittiham olunduğunu açıqlayıb.

Bildirilib ki, üç nəfər 2024-cü il avqustun 14-dən 2025-ci ilin 16 fevralına qədər xarici ölkə kəşfiyyatı xidmətinə yardım etməkdə ittiham olunur.

İttihamlar terrorla mübarizə polisinin araşdırmasından sonra irəli sürülüb.

Metropoliten polisinin məlumatına görə, 39 yaşlı Mustafa Sepahvənd, 44 yaşlı Fərhad Cavadiməneş və 55 yaşlı Şapur Qəle Əli Xani Nuri təqsirləndirilən şəxslərdirlər.

Britaniya polisi sözügedən kəşfiyyat qurumunun İranla əlaqəsi olduğunu bildirsə də, bu kəşfiyyat orqanının İran Kəşfiyyat Nazirliyi və ya SEPAH Kəşfiyyat Təşkilatı olduğu barədə əlavə açıqlama verməyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar