SON XƏBƏRLƏR

Urmu gölü son vəziyyəti açıqlandı

2025.05.17, 13:06
Urmu gölü son vəziyyəti açıqlandı

Urmu gölü bu günə kimi misli görünməmiş quraqlıq və acınacaqlı dövrünü yaşayır.

Gunaz.tv

Bu barədə Təbriz mediası məlumat yayıb.

Bildirlib ki, bundan əvvəlki dövrlərin may ayında gölün su və sahəsinin bu səviyyədə azalması qeydə alınmayıb.

Qeyd edək ki, aprel ayında yayılan məlumata görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyard 340 milyon kubmetrdir.

Bununla yanaşı göldə suyun səviyyəsinin 1270,28, gölün sahəsinin isə 1140 kvadrat kilometr olduğu bildirilib.

Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

GünazTV 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar