SON XƏBƏRLƏR

Talibanın XİN başçısı İrana səfər edib

2025.05.17, 16:23
Talibanın XİN başçısı İrana səfər edib

Əfqanistanın xarici işlər naziri Əmir Xan Müttəqi İran xarici işlər naziri Abbas Araqçının dəvəti ilə Tehrana gedib.

Gunaz.tv

Bu barədə Taliban hökumətinin XİN-i məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Əmir Xan Müttəqi Tehran Dialoq Forumunda iştirak etməklə yanaşı, İran rəsmiləri ilə ikitərəfli əlaqələri müzakirə edəcək.

Taliban xarici işlər nazirinin Tehrana səfəri İranın son vaxtlar sənədsiz əfqan qaçqınların deportasiyasını sürətləndirdiyi vaxta təsadüf edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar