SON XƏBƏRLƏR

İran nüvə proqramından imtina etməyəcək

2025.05.19, 13:33
İran nüvə proqramından imtina etməyəcək

“İran uranın zənginləşdirilməsindən (nüvə proqramı) heç vaxt imtina etməyəcək”.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu İran parlamentinin deputatı İbrahim Rəzayi deyib.

“İran heç bir halda uranın zənginləşdirilməsindən və nüvə texnologiyasından imtina etməyəcək”, - parlamentari bildirib.

İbrahim Rəzayi əlavə edib ki, nüvə enerjisi İran üçün həyati əhəmiyyət kəsb edir:

“Bu texnologiyalar təkcə İranın tibbi və sənaye ehtiyaclarının ödənilməsində əsas rol oynamır, həm də xarici təhlükələrə qarşı mühüm maneə rolunu oynayır. Ona görə də bu mövzuda heç bir danışıqlar və ya sövdələşmə mümkün deyil”.

Mayın 18-də Amerika prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bəyan etmişdi ki, Tehran uranı zənginləşdirməyə davam edə bilməz, çünki bu, nüvə silahının yaradılmasına gətirib çıxara bilər.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar