SON XƏBƏRLƏR

Sergey Lavrov Putin-Tramp danışığının təfərrüatını açıqladı

2025.05.20, 13:10
Sergey Lavrov Putin-Tramp danışığının təfərrüatını açıqladı

Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı amerikalı həmkarı Donald Trampa Moskvanın sülh yolu ilə nizamlanmaya nail olmaq niyyətini təsdiqləyib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu mövqe dünən Rusiya Prezidenti Putin tərəfindən Amerika Prezidenti Trampla telefon danışığında bir daha aydın şəkildə təsdiqlənib”, - diplomat qeyd edib.

Sergey Lavrov əlavə edib ki, Moskva Ukrayna münaqişəsinin kök səbəblərinin aradan qaldırılması şərti ilə vəziyyətin nizamlanmasına qətiyyətlə sadiqdir.

Xatırladaq ki, mayın 19-da Putin və Tramp arasında iki saata yaxın davam edən növbəti telefon danışığı olub. Danışıqlardan sonra hər iki lider söhbətin konstruktiv və səmimi olduğunu iddia edib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar