SON XƏBƏRLƏR

Sista və Bəlucistanda hökumət mollası qaçırılıb

2025.05.21, 11:59
Sista və Bəlucistanda hökumət mollası qaçırılıb

Mayın 20-də İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində silahlı şəxslər Səməd Rzayi adlı mollanı qaçırıblar.

Gunaz.tv

Bu barədə "Mehr" xəbər agentliyi  məlumat yayıb.

"Ağ rəngli minik avtomobilində olan 4 silahlı şəxs din xadimini zorla avtomobilə basaraq hadisə yerindən uzaqlaşıblar",- məlumatda bildirilib.

Hökumət mollası olan Səməd Rzayinin “Əmir əl-Möminin Əli” dini seminariyasının müəllimi və icraçı vitse-prezidenti olduğu bildirilib.

O, həmçinin əhalisinin əksəriyyətinin sünni olduğu İranşəhr şəhərinin şiə cümə imamının ofisində əməkdaşı olub.

Hadisənin məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar