SON XƏBƏRLƏR

Əş-Şəraa ilə Aİ Şurasının rəhbəri arasında telefon danışığı baş tutub

2025.05.22, 11:33
Əş-Şəraa ilə Aİ Şurasının rəhbəri arasında telefon danışığı baş tutub

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa çərşənbə axşamı axşam saatlarında Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koştla telefon danışığı aparıb.

Gunaz.tv

GünazTV SANA-ya istinadla xəbər verir ki, Avropa İttifaqının prezidenti Antonio Koşta Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əş-Şaraaya telefonla zəng edib. Telefon danışığı zamanı Aİ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarı müzakirə edilib.

Koşta bu addımın Suriyanın sabitliyi üçün mühüm dəstək təşkil etdiyini bildirib, prezident Əş-Şaraanı bu qərara görə təbrik edib və Donorlar Konfransının Brüsseldə keçirilməsinin Avropa Birliyinin Suriyada sabitlik yaratmaq əzmini təsdiqlədiyini bildirib.

Prezident Əş-Şaraa sanksiyaların ləğvi ilə bağlı qərara görə Avropa İttifaqının prezidentinə və üzv dövlətlərə təşəkkür edib, bunun ölkəni daha sabit gələcəyə aparacaq tarixi addım olduğunu qeyd edib və hazırkı mərhələdə beynəlxalq ictimaiyyətin Suriyaya dəstəyinin vacib olduğunu vurğulayıb.

Bundan əlavə, Əş-Şəraa “İsrailin müdaxiləsinin Suriyaya təsir göstərməyə davam etdiyini” bildirib. O, bu müdaxilənin dayandırılması üçün Avropa İttifaqının Suriyaya dəstəyinin zəruri olduğunu qeyd edib.

İqtisadi əməkdaşlığın gücləndirilməsi kontekstində Əş-Şəraa Suriyaya sərmayə qoymağa maraqlı olan Avropa şirkətlərini alqışlayıb. SANA-nın yazdığına görə, Suriya prezidenti ölkəsinin bu gün Şərqlə Qərb arasında mühüm iqtisadi dəhliz olmaqla yanaşı, perspektivli sərmayə imkanları təqdim etdiyini vurğulayıb.

Sonda Antoniu Koşta Dəməşqə səfər etmək arzusunda olduğunu bildirdi.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar