SON XƏBƏRLƏR

Həbsdə olan azərbaycanlı vəkillərə təzyiq göstərilir

2025.05.22, 15:36
Həbsdə olan azərbaycanlı vəkillərə təzyiq göstərilir

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı hüquq müdafiəçiləri Tahir Nəqəvi və Məhəmmədrza Fəqihiyə təzyiq göstərilir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbusların hüquqlarının pozulmasına və onların davamlı təhqir edilmələrinə etiraz edən hər iki vəkil ağır cinayətlər törətmiş məhbusların saxlanıldığı bölməyə köçürülüb.

Qeyd edək ki, "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq"da günahlandırılan Məhəmmədrza Fəqihi 5 il azadlıqdan məhrum edilib.

Tahir Nəqəviyə isə "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq" ittihamına görə 6 il həbs cəzası verilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar