SON XƏBƏRLƏR

Həmədanlı bəhailər ağır həbs cəzasına məhkum edildilər

2025.06.12, 11:09
Həmədanlı bəhailər ağır həbs cəzasına məhkum edildilər

Güney Azərbaycanın Həmədan şəhərinin İnqilab Məhkəməsinin 2-ci bölməsi 6 azərbaycanlı bəhai qadına ümumilikdə 38 il 11 ay həbs cəzası verib.

Gunaz.tv

Bu haqda insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Nida Muhebbi, Atifə Zahidi, Fəridə Əyyubi, Nura Əyyubi, Zərrindoxt Əhədzadə və Jalə Rzayi "bəhai icmasına üzv olmaq" və "şəriyətə qarşı pozuculuq"da günahlandırılıblar.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar