SON XƏBƏRLƏR

Zəngəzur dəhlizinin açılmasına İran mane olub - Vilayəti

2025.06.12, 11:26
Zəngəzur dəhlizinin açılmasına İran mane olub - Vilayəti

O vaxt bəzi dövlətlər Zəngəzur dəhlizi adı altında Naxçıvanla Azərbaycanı Ermənistan üzərindən birləşdirməyə cəhd edirdilər. Bu plan əslində Ermənistanı parçalamaq, İranla Avropa arasında əlaqəni kəsmək məqsədi daşıyırdı. 

Gunaz.tv

Bu sözləri İranın rəhbəri Əli Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib.

“Amerikann keçmiş prezidenti Co Baydenin özünün etiraf etdiyi kimi, bu dəhlizin açılması üçün hər şey hazır idi, ancaq İran onun həyata keçirilməsinə imkan vermədi",- o əlavə edib.

Vilayəti, iddia edib ki, "Tehran Rusiyanın dəstəyi olmadan belə, “müdrik siyasət” sayəsində Qafqazın təhlükəsizliyini təmin edə, NATO-nun bölgəyə nüfuz etməsinə mane ola bilib".

“Düşmənlərin Zəngəzur layihəsi ilə son məqsədi İranı şimaldan təcrid etmək, cənubdan isə Rusiyanı mühasirəyə almaq idi, ancaq bu plan də uğursuzluğa düçar oldu”,- Əli Xaməneinin müşaviri bildirib.

Əliəkbər Vilayəti bundan əvvəl də, Zəngəzur dəhlizinin "İrana qarşı qərbin və NATO-nun planı olduğu" barədə iddialar səsləndirib.

Qeyd edək ki, Əliəkbər Vilayəti və Xaməneinin başqa müşavirlərinin ölkənin ümumi siyasəti və strategiyası ilə bağlı bəyanatları, İran rəhbərinin mövqeyini əks etdirir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar