SON XƏBƏRLƏR

Fransa İsrailə yardım təklif etdi

2025.06.13, 23:03
Fransa İsrailə yardım təklif etdi

Fransa İranın İsrailin nüvə obyektlərinə zərbələrinə cavab olaraq həyata keçirəcəyi hücumu dəf etmək üçün İsrailə hər cür kömək göstərməyə hazırdır.

Gunaz.tv

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“İrana gəlincə, biz İsrailin təhlükəsizliyini dəstəkləyirik və buna görə də cavab olaraq İsrail İran tərəfindən hücuma məruz qalarsa, Fransa İsraili qorumaq və müdafiə etmək üçün əməliyyatlarda iştirak edə bilər. Və mən bu mənada hazır olduğumuzu vurğuladım”, - o bildirib.

Eyni zamanda Fransa prezidenti vurğulayıb ki, Paris İrana qarşı hər hansı hücum əməliyyatında İsraili dəstəkləməyə hazır deyil:

“Biz İranın nüvə proqramları məsələsində diplomatik yolun tərəfdarıyıq”.

Qeyd edək ki, İran İsrailə qarşı raket hücumlarına başladığını elan edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar