SON XƏBƏRLƏR

İran XİN: Amerika ilə nüvə danışıqları mənasızlaşıb

2025.06.14, 10:07
İran XİN: Amerika ilə nüvə danışıqları mənasızlaşıb

İran hesab edir ki, İsrailin hücumundan sonra Vaşinqton və Tehran arasında İran nüvə proqramı ətrafında böhranın həlli üzrə danışıqlar mənasızlaşıb.

Gunaz.tv

Bunu İranın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“Qarşı tərəf elə davranırdı ki, dialoq mənasız oldu. Danışıqlara hazır olduğunu bəyan edib, eyni zamanda sionist rejiminin İran ərazisinə zərbələr endirməsinə imkan verərək əməliyyatları koordinasiya etmək olmaz”, – agentlik diplomatdan sitat gətirib.

Xatırladaq ki, Tehran nüvə proqramı üzrə Amerika – İran danışıqlarının beşinci raundu mayın 23-də Romada keçirilib.

Daha sonra Ağ Ev rəhbəri Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, Vaşinqton potensial nüvə proqramı sazişi çərçivəsində Tehranın uranı zənginləşdirməsinə icazə verməyəcək.

Bununla yanaşı, “Axios” portalı xəbər verib ki, Amerika İrana nüvə ətrafında fikir ayrılıqlarının həlli yolları ilə bağlı təklifləri, amerikalı rəsmilərin bu barədə açıq bəyanatlarına baxmayaraq, Tehran uranı zənginləşdirməyə davam etməkdə israr edib.

Danışıqların altıncı raundu bazar günü Maskatda keçirilməli olsa da, İsrail zərbələrindən sonra onun keçirilməsi sual altına düşüb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar