SON XƏBƏRLƏR

Azərbaycan, Gürcüstan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü planlaşdırılır

2025.06.17, 16:14
Azərbaycan, Gürcüstan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü planlaşdırılır

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri səviyyəsində üçtərəfli formatın yenilənməsi təşəbbüsünə görə Türkiyə parlamentinin sədri Numan Kurtulmuşa təşəkkür edib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, parlament sədri Türkiyəyə səfəri çərçivəsində parlament sədri Numan Kurtulmuşla birgə brifinqdə Gürcüstan, Azərbaycan və Türkiyə parlamentləri arasında üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyəti vurğulayıb.

O qeyd edib ki, yaxın vaxtlarda parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Parlament sədri deyib ki, 2023-cü ildə keçirilməsi planlaşdırılan görüş Türkiyədə baş verən ağır zəlzələyə görə təxirə salınmışdı:

"İndi hər üç ölkənin parlamentləri bu formatın bərpasına hazırdır və ilk görüşün Türkiyədə baş tutması planlaşdırılır. Bu təşəbbüs üçün Türkiyə parlamentinin sədrinə bir daha təşəkkürümü bildirirəm".

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlığın üçtərəfli formatda yenidən canlandırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Gürcüstan və Türkiyə arasında münasibətlər bütün sahələrdə inkişaf edir və bu əlaqələrin dərinləşməsində parlament diplomatiyası mühüm rol oynayır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar