Bunu İsrailin keçmiş baş naziri Naftali Bennet sosial şəbəkədə yazıb.
“İsrail rəsmiləri bu mənfur hücumun cavabsız qalmayacağı və İslam Respublikasının bunun üçün ağır bədəl ödəyəcəyi barədə xəbərdarlıq edib”,- o bildirib.
Bennet İranın nüvə silahı əldə etməsinin təhlükəliliyi barədə xəbərdarlıq edib:
“Bu cinayətkar rejimin nüvə silahı əldə etməsinin qarşısı qətiyyətlə alınmalıdır”.
Qeyd edək ki, İran bu gün səhər saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən "Soroka" tibb mərkəzinə raket zərbələri endirib.
GünazTV