SON XƏBƏRLƏR

Tehrandan Omana uçuşlar olub

2025.06.20, 12:33
Tehrandan Omana uçuşlar olub

İran səması bağlı qalmasına və heç bir daxili və ya beynəlxalq reyslərin həyata keçirilməməsinə baxmayaraq, son günlər Tehran və Maskat arasında uçuşlar olub.

Gunaz.tv

Bu haqda "FlightRadar" məlumat yayıb.

"Tehrandan Merac Hava Yollarına məxsus iki və Saha Hava Yollarına məxsus bir təyyarə Maskata enib",- məlumatda bildirilib.

"FlightRadar" daha əvvəl iyunun 18-də İranın yüksək rütbəli hökumət rəsmilərini daşımaq üçün istifadə edilən üç İran təyyarəsinin Omanın paytaxtı Maskat Beynəlxalq Hava Limanına eniş etdiyini bildirmişdi.

Bəzi qeyri-rəsmi məlumatlarda təyyarələrin danışıqlar aparan nümayəndə heyətini daşıdığı iddia edilsə də, İranın XİN başçısı Abbas Araqçı Maskatda olduğunu və danışıqlarda iştirak etdiyi barədə məlumatları təkzib edib.

Qeyd edək ki, adı çəkilən hər iki Hava Yolları Şirkəti 1990-cı ildə SEPAH tərəfindən təsis edilib və qərbin sanksiyaları siyahısına salınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar