SON XƏBƏRLƏR

Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesinin dayandığını düşünmür

2025.06.20, 13:51
Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesinin dayandığını düşünmür

Rəsmi İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin dayandığını düşünmür.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu “Sputnik Armenia”ya müsahibəsində Ermənistanın Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın həmsədri Mqer Qriqoryan deyib.

O bildirib ki, tərəflər arasında təmaslar var, lakin prosesin özü kifayət qədər mürəkkəbdir.

“Bunun üçün müvafiq olaraq hazırlıq işlərinə ehtiyac var. İndi məhz bu istiqamətdə proseslər həyata keçirilir. Lakin mən deməzdim ki, proses zəifləyib və ya sürətlənib”, – Qriqoryan fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, sözügedən komissiyanın sonuncu iclası 2025-ci ilin aprelində keçirilib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar