SON XƏBƏRLƏR

Amerikanın bombaladığı Fordo nüvə obyektində çuxurlar qeydə alınıb

2025.06.23, 14:47
Amerikanın bombaladığı Fordo nüvə obyektində çuxurlar qeydə alınıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) Amerika Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilən İranın Fordo nüvə obyektində çuxurlar qeydə alıb.

Gunaz.tv

bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi agentliyin Rəhbər Şurasının fövqəladə iclasının açılışında bildirib.

O qeyd edib ki, hazırda yeraltı infrastruktura dəyən ziyanı qiymətləndirmək mümkün deyil.

"Fordo obyektində, İranın əsas 60 %-ə qədər uran zənginləşdirmə obyektində, çuxurlar görünür. Bu da dəlib-keçən döyüş sursatlarının istifadəsini göstərir, bu, ABŞ-nin bəyanatları ilə uyğunluq təşkil edir. Hazırda heç kim, o cümlədən BAEA, yeraltında dəyən ziyanı qiymətləndirmək iqtidarında deyil", - o bildirib.

R.Qrossi həmçinin qeyd edib ki, Amerikanın İranın İsfahandakı nüvə obyektinə zərbəsi nəticəsində uran emalı aparılan binalar zədələnib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar