SON XƏBƏRLƏR

KİV: Tramp gələn həftə Afrika liderləri ilə sammit keçirəcək

2025.07.03, 10:08
KİV: Tramp gələn həftə Afrika liderləri ilə sammit keçirəcək

Amerika Prezidenti Donald Trampın Ağ Evə qayıtmasından dərhal sonra iyulun 9-11-də Vaşinqtonda Afrika liderləri ilə sammit keçiriləcək.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə "Semafor" portalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Amerika paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri gələcək. Rəsmi Vaşinqton sammitdə Qərbi Afrika ölkələri ilə faydalı qazıntılar sahəsində əməkdaşlığı, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.

Bundan əlavə, payızda daha böyük Amerika-Afrika sammitinin keçirilməsi planlaşdırılır. Sammitin sentyabrda Nyu-Yorkda baş tutacağı gözlənilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar