SON XƏBƏRLƏR

İki Azərbaycan şəhərində 27 nəfər həbs edildi

2025.07.07, 12:06
İki Azərbaycan şəhərində 27 nəfər həbs edildi

İran təhlükəsizlik və polis qüvvələri Ərdəbil əyalətində 24 nəfəri həbs edib.

Gunaz.tv

Bu haqda əyalətin polis idarəsi məlumat yayıb.

Kimliyi açıqlanmayan şəxslərin "sosial media vasitəsilə ictimai təşviş yaratmaq"da günahlandırıldıqları bildirilib.

Həbs edilənlərə qarşı cinayət işinin açıldığı bildirilib.

Bununla yanaşı Həmədan şəhərində də 3 nəfər saxlanılıb.

Saxlanılanların "düşmən qruplarla əlaqə"də ittiham olunduqları bildirilib.

"Onlar müharibədən əvvəl düşmən qrupların xeyrinə təbliğat aparmaqla yanaşı, İsraillə müharibə zamanı və müharibədən sonra əyalət daxilində təxribat hərəkətləri həyata keçirməyə çalışıblar",- məlumatda deyilir.

Qeyd edək ki, İran-İsrail münaqişəsindən sonra İranda 1500-dən çox şəxs həbs edilib, onların bir çoxu barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar