SON XƏBƏRLƏR

Fidan: Türkiyə Amerikanın nüvə müzakirələri ilə bağlı mövqeyini İrana çatdırıb

2025.07.08, 12:30
Fidan: Türkiyə Amerikanın nüvə müzakirələri ilə bağlı mövqeyini İrana çatdırıb

Ankara İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası məsələsində Amerikanın mövqeyini Tehrana çatdırıb.

Gunaz.tv

Günaz TV "Operativ Media"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Hazırda atəşkəs mövcuddur və tərəflərin buna riayət etdiyini müşahidə edirik. Bununla belə, nüvə proqramı ilə bağlı danışıqların bərpasına dair qeyri-müəyyənlik hələ də qalmaqdadır”, – deyə Fidan Braziliyada keçirilən BRİKS sammitində iştirakından sonra "TRT Haber"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, o, sammit çərçivəsində bu məsələni iranlı həmkarı Abbas Əraqçi ilə müzakirə edib.

“Amerika tərəfinin mövqeyi İran tərəfinə çatdırılıb”, – deyə nazir qeyd edib və əlavə edib ki, dörd gün əvvəl Amerikanın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə də bu məsələni müzakirə edib.

“Ümid edirik ki, bu problemin danışıqlar yolu ilə tezliklə həlli tapılacaq”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar