SON XƏBƏRLƏR

Orban: "Rusiya-Ukrayna münaqişəsi yalnız Putin və Trampın təkbətək görüşü nəticəsində həll oluna bilər"

2025.07.10, 09:44
Orban: "Rusiya-Ukrayna münaqişəsi yalnız Putin və Trampın təkbətək görüşü nəticəsində həll oluna bilər"

Rusiya-Ukrayna münaqişəsi yalnız Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Trampın təkbətək görüşü nəticəsində tez bir zamanda həll edilə bilər.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Patriota" adlı "YouTube" kanalına müsahibəsində bildirib.

O, dəqiqləşdirib ki, bunun üçün Putin və Tramp arasında telefon danışıqları kifayət etməyəcək: "Əminəm ki, atəşkəs və sülh Rusiya və Amerika prezidentlərinin şəxsi görüşü baş tutarsa, əldə ediləcək. Telefon isə kömək etməyəcək".

Baş nazir hesab edir ki, əgər Rusiya və Amerika liderləri arasında görüş baş tutmazsa, hərbi əməliyyatlar "daha bir çox ay" davam edəcək.

 

C

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar