SON XƏBƏRLƏR

Braziliya Prezidenti: Amerika əvəzinə başqa tərəfdaşlar tapacağıq

2025.07.11, 10:54
Braziliya Prezidenti: Amerika əvəzinə başqa tərəfdaşlar tapacağıq

Braziliya ixracatını yönləndirəcək və ticarəti ÜDM-in yalnız 1,7 %-ni təşkil edən Amerika əvəzinə yeni tərəfdaşlar tapacaq.

Gunaz.tv

Bu barədə prezident Luis İnasiou Lula Da Silva avqustun 1-dən Amerikanın Braziliya mallarına 50 % rüsum tətbiq olunduğunu elan etdikdən sonra bildirib.

"Braziliyanın Amerika ilə ticarəti ÜDM-in yalnız 1,7 %-ni təşkil edir. Bu göstəriciləri Braziliya iqtisadiyyatı üçün həyati adlandırmaq olmaz, - o, müsahibəsində qeyd edib.

"Bizbaşqa tərəfdaşlar axtaracağıq", - dövlət başçısı vurğulayıb.

Prezidentin sözlərinə görə, Braziliya Amerika ilə münasibətləri qiymətləndirir, lakin bu qiymətləndirmədən çıxan nəticə suverenliyinin zərərinə olmayacaq.

"Biz qarşılıqlı prinsipə əməl etməkdən imtina etməyəcəyik. Ancaq hələ də razılığa gəlməyə çalışacağıq", - Lula da Silva vurğulayıb. O, Braziliya məhsullarının Cənub-Şərqi Asiya Dövlətləri Birliyi (ASEAN) ölkələrinə tədarükü üçün müqavilələr bağlamağı gözləyir. Bu məqsədlə Prezident oktyabr ayında ASEAN sammitində iştirak edəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar