"Defend Jerusalem" agentliyində "İsrail Rza Pəhləvini dəstəkləməlidirmi?" başlıqlı araşdırma dərc olunub, Günaz TV məqalənin mətnini təqdim edir.
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
"Defend Jerusalem" agentliyində "İsrail Rza Pəhləvini dəstəkləməlidirmi?" başlıqlı araşdırma dərc olunub, Günaz TV məqalənin mətnini təqdim edir.
İranın sürgündə qalan sonuncu şahının oğlu Rza Pəhləvi bu yaxınlarda "YouTube" platformasında video yayımlamışdı:
"Əziz həmvətənlərim, İslam Respublikası öz sonuna çatıb və dağılmaq mərhələsindədir. Xamneyi qorxmuş siçovul kimi yerin altında gizlənib və vəziyyətə nəzarəti itirib. Başlayan bu gedişatın geridönüşü yoxdur. Gələcək parlaqdır, biz tarixin bu sərt döngəsini birlikdə keçəcəyik. Bu çətin günlərdə ürəyim Xameneyinin müharibə yanlısı aldadıcı siyasətinin qurbanı olan və yaralanan bütün müdafiəsiz vətəndaşların yanındadır. İllərdir ki, vətənimizin müharibə odları tərəfindən yandırılmasının qarşısını almağa çalışıram. İslam Respublikasının sonu 46 ildir İran xalqına qarşı aparılan savaşın sonu deməkdir. Rejimin zülüm aparatı dağılmaqdadır. Bu kabusa birdəfəlik son qoymaq üçün ümummilli üsyan lazımdır. İndi ayağa qalxmaq vaxtıdır; İranı geri qaytarmaq vaxtıdır. Gəlin hamımız irəli çıxaq, Bəndər Abbasdan Bəndər Ənzəliyə, Şirazdan İsfahana, Təbrizdən Zahidana, Məşhəddən Əhvaza qədər hamımız bu rejimin sonunu gətirək." - deyə onun müraciətində bildirilib.
Pəhləvi İran xalqını İslam Respublikasının son günlərində qorxu duymamağa çağırıb:
"İran vətəndaş müharibəsi və ya qeyri-sabitliyə düçar olmayacaq. Bizim İranın gələcəyi və onun çiçəklənməsi üçün planımız var. Hakimiyyət dəyişikliyindən sonrakı ilk yüz günə, keçid dövrünə, İran xalqı tərəfindən, İran xalqı üçün milli və demokratik hökumətin qurulmasına hazırıq." - o bildirib.
Rza Pəhləvi İran ordusunu, hökuməti, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının üzvlərini molla rejimi ilə əməkdaşlığı dayandırmağa çağırıb:
"Süquta başlayan və qaçılmaz olan bir rejimə görə İran xalqına qarşı durmayın. Çürüməkdə olan rejim uğrunda özünüzü fəda etməyin. Xalqın yanında duraraq siz öz həyatlarınızı xilas edə bilərsiniz."
Bütün bunlara baxmayaraq bir sual açıq qalır, İranın nüvə və ballistik raket imkanlarını aradan qaldırmaq kimi məqsədlərdən başqa, İsrail Rza Pəhləvini mollalardan sonrakı İranın hakimi kimi dəstəkləməlidirmi? Yoxsa İran müxalifətindən olan başqa biri dəstəklənməlidir? Doğrudur, Rza Pəhləvi də atası şah kimi İsrail dövlətinin dostudur. Hətta Pəhləvi İsrailə səfəri zamanı hakimiyyətə gələcəyi təqdirdə, İran-İsrail münasibətlərinin gələcəyi üçün ümidverici sözlər də söyləyib.
Əvvəlki şah rejimi dövründə İran Türkiyədən sonra İsrailin müstəqilliyini tanıyan ikinci müsəlman ölkə idi. Altı günlük müharibədən sonra İran İsrailin nef ehtiyacının önəmli hissəsini ödəyirdi və İran nefti İran-İsrail ortaq layihəsi olan Eilat-Ashkelon boru kəməri ilə Avropa bazarlarına göndərildi. Şah dövründə İsrail inşaat firmaları İranda çox fəal idi, El Al Təl-Əviv və Tehran arasında birbaşa uçuşlar həyata keçirdi. İsrail və İran hətta Çiçək Layihəsi çərçivəsində birlikdə yeni raket hazırlamağa cəhd edirdilər. Beləliklə, Yəhudi dünyasında İran şahı üçün çox darıxırlar və bir çox iranlı yəhudilərin şah haqqında xoş xatirələri var.
Lakin Rza Pəhləvinin İsrail üçün xeyirli olması o demək deyil ki, mollalara qarşı olan iranlıların əksəriyyəti onu ayətullah rejiminin ən yaxşı əvəzi hesab edir. Əslində, Şah İsrailə xeyirxah olsa da, bir çox iranlı SAVAK kimi tanınan gizli polis qüvvələri tərəfindən törədilən dəhşətli insan haqları pozuntularına görə şahın əleyhinədir. Onlar həmçinin 1953-cü ildə demokratik yolla seçilmiş doktor Məhəmməd Musaddiq hökumətini devirən dövlət çevrilişinə görədə şah rejiminə nifrət edirlər.
Əslində, 1979-cu ildə solçular, sosialistlər, kommunistlər və başqa demokratiya tərəfdarları Şahın avtoritar idarəetmə forması və o zaman ölkə daxilində varlılar və kasıblar arasında böyük uçurumlar olduğuna görə onu devirmək üçün inqilabda iştirak etmişdilər. İran yazıçısı Röya Hakakyan hətta gənc yəhudi solçuların 1979-cu il inqilabında ilkin olaraq necə iştirak etdikləri haqqında yazıb. Kollec Parkdakı Merilend Universitetindən professor Əhməd Kərimi-Hakkakın sözlərinə görə isə, "İran İnqilabı əvvəlcə demokratiya tərəfdarı solçu hərəkat olmalı idi. İnqilab sadəcə islamçılar tərəfindən ələ keçirildi". Bu səbəbdən bir çox iranlılar şahın geri dönməsinə qarşıdırlar, çünki onlar mollanın təzyiqini şah dövründəki başqa bir zülmlə əvəz etmək istəmirlər.
İranın etnik azlıqları şahın hakimiyyətə qayıdışı perspektivindən xüsusilə ehtiyatlanırlar. Keçmiş siyasi məhbus və mühacirətdə olan Güney Azərbaycanlı insan haqları müdafiəçisi Dr.Cavad Abbasi bununla bağlı fikirlərini bölüşüb: "Pəhləvi sülaləsi dövründə də və İslam Respublikasının bu günə qədərki hakimiyyəti dövründə də İran panaryanist ideologiyaya əsaslanan sərt mərkəzləşdirilmiş idarəetmə üsulu tətbiq edib. Bu etno-millətçi çərçivə mifik fars-ari kimliyini ucaldır, bununla yanaşı isə fars olmayan xalqların dillərini və mədəni kimliklərini əritməyə çalışır. Azərbaycan türkləri, kürdlər, bəluclar, əhvaz ərəbləri və türkmənlər kimi xalqın 70%-ni təşkil edən qruplar məcburi assimilyasiyaya, mədəni sıxışdırmaya və siyasi təcridə məruz qalırlar. Bunlar sadəcə idarəetmədə olan kiçik anlaşılmazlıqlar deyil, bu alimlərin kolonizasiya dedikləri bir haldır."
Dr. Abbasi fars birliyini qoruyub saxlamaq məqsədilə sekulyar-millətçi monarxiyanın qayıtması üçün çağırışların tarixdəki səhvlərin təkrarlanması demək olacağını deyir. "Panaryanizm, monarxiya və fars kimliyini başqalarından üstün tutan bütün mərkəzləşdirilmiş modellər milli azadlıq və sülhə zərərlidir. Çünki belə sistemlər İranın imperialist siytasətlərini və represiyalarını gücləndirir. İranın mərkəzləşdirilmiş, fars mərkəzli millətçiliyi uzun müddətdir daxili iğtişaşları və beynəlxalq ekstremizmi gücləndirib. Rejim Xuzistan, Cənubi Azərbaycan, Kürdüstan və Bəlucistan kimi bölgələri ərazi bütövlüyünü qorumaq adı altında hərbiləşdirib, eyni zamanda gəncləri radikallaşdırıb və millətlərarası yadlaşmaya səbəb olub. Bunun nəticələri isə göz qabağındadır: daxili üsyanlar, məcburi köçkünlər və ixrac edilən ideoloji terrorizm. Bunun əksinə olaraq, İranın tərkibinə daxil olan millətlərin tanınması və gücləndirilməsi dövlətin avtoritar mexanizminə və imperialist davranışına birbaşa meydan oxuyan demokratik və qeyri-mərkəzləşdirilmiş alternativ təklif edir”.
Dr. Abbassinin sözlərinə görə, "Bu kritik məqamda beynəlxalq ictimaiyyət və sivil dünya monarxiya və ya dünyəvi mərkəzçilik də daxil olmaqla, fars üstünlükçü millətçiliyinin bütün formalarını rədd etməli və İranın çoxmillətli dövlət kimi əsl mahiyyətini təsdiq etməlidir. Davamlı sülhə gedən yol bütün xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınmasını tələb edir. Qlobal aktyorlar plüralizmə və ləyaqətə sadiq olan sivil, demokratik hərəkatları dəstəkləməlidirlər. Bu cür həmrəylik təkcə daxili zülmə son qoymaq üçün deyil, həm də dünyada rəsmi olaraq terrorizmin himayədarı kimi tanınan yeganə rejimin ideoloji nüvəsini dağıtmaq üçün vacibdir."
Amerikada İranın sui-qəsd cəhdindən sağ çıxan digər bir Güney azərbaycanlı dissident Əhməd Obalı açıqlamasında bildirib ki, Mərkəzi İran əsasən farslar tərəfindən məskunlaşmış bölgədir və İran ümumilikdə isə çoxmillətli bir ölkədir. “İran, şübhəsiz ki, fars torpağı deyil, farslar tərəfindən idarə olunan bir ölkədir. Rza Pəhləvi və farslar 1925-ci ildə hakimiyyəti ələ keçirənə qədər İranı türk hökmdarlar idarə edirdi. Ölkənin əksəriyyəti qeyri-farslardır. Farslar ölkənin 37-38 faizini təşkil edir. Ayətullahlardan sonra ölkəni kimin ələ keçirəcəyinə qərar verilərkən ölkə əhalisi nəzərə alınmalıdır."
Obali bildirir ki, Rza şah özünü fars hesab edir və "İrana qayıtsa, fars mərkəzli siyasətləri müdafiə edəcək. Kürdlər Pəhləvinin ölkəyə rəhbərlik etməsini və ya hökuməti devirmək üçün müxalifətin lideri olmasını qəbul etməyəcəklər. Onların öz liderləri var və ölkəni idarə edən farsların üstünlüyünü qəbul etmirlər. Onların 90%-i onu qəbul etməyəcək. Əhvaz ərəblərinin isə 95%-i nəinki onu sevmir, hətta etnik səbəblərdən Pəhləviyə nifrət edirlər. Bəluclar İranda Pəhləvi və fars mərkəzli hökumətin heç bir zərrəsinin olmasını istəmirlər. Güney azərbaycanlıların 90 faizə yaxını heç bir fars mərkəzçiliyini, xüsusilə də Pəhləvini istəmir. İranda Pəhləvilər haqqında pis yaddaşımız var. Türkmənlər İranın türkmən ərazilərinin etnik tərkibini dəyişdirdikləri üçün Pəhləvilərə nifrət edirlər. Əsasən etnik qrupların heç biri Pəhləvini istəmir”.
Əhməd Obalı bildirir ki, Pəhləvinin İrandakı dayağı İsfahan, Tehran kimi farsların sıx yaşadığı bölgələrdədir. "Və mən əmin deyiləm ki, farsların çoxu Pəhləvilərin geri qayıtmasını istəyir. Farsların 50 faizi Pəhləvilərin geri qayıtmasını istəmir. Tehrana baxın. Onun on dörd milyon əhalisi var və ölkənin paytaxtıdır. Tehran əhalisinin 36 faizi azərbaycanlıdır. Həmçinin güclü kürd və bəluc əhalisi də var. Tehran farsların ən çox güc sahibi olduğu bölgədir və onlar Pəhləvilərin geri qayıtmasının əleyhinədirlər”.
Obalı bildirir ki, Pəhləvi heç hazırda yaşadığı Amerikadakı İran diasporası arasında belə güclü deyil: "Rza Pəhləvi İran xalqından üç dəfə hökumətə qarşı çxımağı istəyib. Ancaq onun çağırışından sonra Tehran və böyük şəhərlərin küçələrində heç bir aktivlik olmayıb. Onun yalnız adı var, o, rejimə qarşı müsahibə verməkdən başqa heç nə etməyib. Məhsa Əmini etirazları Pəhləvi işə qarışana qədər yaxşı gedirdi, sonra səngidi. Yaşıl etirazlar böyük idi və yaxşı gedirdi, lakin o, İrandakı bir çox etirazçının Pəhləvinin bu hərəkatın bir hissəsi olmasını istəmədiyi üçün evlərinə getməsinə səbəb oldu. Onlar islahatçıların İran hökuməti olmasını istəyirdilər.
Obalının sözlərinə görə, "Pəhləvi çox iş görməyib. Onun İranda əsaslı yoxdur. Ona görə də hökuməti devirmək üçün Pəhləviyə sərmayə qoymaq yanlış fikirdir. Sual olunur ki, İran hökumətinin devrilməsinə kim rəhbərlik edə bilər? Cavab Pəhləvi deyil. Cavab Azərbaycan türklərinin başda gəldiyi etnik qruplardır. Çünki Azərbaycanlılar İranda ən böyük etnik qrupdur. Odur ki, hökuməti devirmək üçün başqa etnik qruplarla birgə işləyə bilən azərbaycanlılara güclü sərmayə qoyulmalıdır. Son 46 ildə xaricdəki fars müxalifəti etnik qruplara söz vermək istəmədikləri üçün hökuməti devirmək üçün heç nə edə bilməyiblər. Bu, hökumətin hakimiyyətdə qalmasına səbəb olub. Amma başqa etnik qruplarla və farslarla işləyə bilən azərbaycanlılara güclü sərmayə qoyularsa, bu, irəliyə doğru addım olar”.
C
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü