SON XƏBƏRLƏR

İsrail casuslarının məhkəməsini tezləşdirin- Ejei

2025.07.14, 14:19
İsrail casuslarının məhkəməsini tezləşdirin- Ejei

İranın məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei Ali Məhkəmə Şurasının həftəlik iclasında "İsrailə casusluq”la bağlı işlərin baxılmasını sürətləndirməyə çağırıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

"Bu işlər çox araşdırma tələb etmir. Onlara təcili baxılmalı və hökm verilməlidir. Əgər onlara tez vaxtda baxılarsa, bu, daha yaxşı çəkindirici amil olacaq",- Ejei vurğulayıb.

İran ilə İsrail arasında 12 günlük müharibədən sonra yüzlərlə vətəndaş dəqiqləşdirilməmiş ittihamlarla həbs edilib və onların şəraiti və harada saxlanılması barədə məlumat yoxdur.

Bu günlərdə məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir İran ilə İsrail arasında 12 günlük müharibədən sonra həbs edilən bəzi vətəndaşların “casusluq”da ittiham olunduğunu açıqlayıb.

Məhkəmə sistemnin başçısı və sözçüsünün bəyantları, habelə İran parlamentinin “casusluq və düşmən ölkələrlə əməkdaşlıq” üçün cəzanın artırılmasına dair yeni qanun layihəsini təsdiq etməsini nəzərə alsaq, barələrində casusluq ittihamı irəli sürülən şəxslərə edam hökmü veriləcəyi istisna edilmir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar