SON XƏBƏRLƏR

Rusiya-Çin hərbi əməkdaşlığının dərinləşməsi Yaponiyanı ciddi narahat edir

2025.07.15, 10:48
Rusiya-Çin hərbi əməkdaşlığının dərinləşməsi Yaponiyanı ciddi narahat edir

Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşməsi Tokioda ciddi narahatlıq doğurur.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin illik "Ağ kitab" adlı hesabatında deyilir.

"Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın intensivliyi artır. Bu, böyük narahatlıq doğurur, çünki məqsəd Yaponiyaya qarşı güc nümayiş etdirməkdir", - sənəddə qeyd olunur.

Oxşar ifadələr son bir neçə il ərzində Yaponiya müdafiə qurumunun bütün illik hesabatlarında yer alıb. Yaponiya Müdafiə Nazirliyi həmçinin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü adi qaydada tənqid edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar