SON XƏBƏRLƏR

Ərəb fəallar edama məhkum edildi

2025.07.15, 12:33
Ərəb fəallar edama məhkum edildi

İranın Əhvaz şəhərinin İnqilab Məhkəməsi Fərşad Etimadifər, Məsud Camei və Əlirza Merdasi haqqında ölüm hökmü verib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Onlar "yer üzündə fitnə yaymaq" və "silahlıq təşkilata üzv olmq"da günahlandırılıb.

Bununla yanaşı başqa ərəb fəallar Davud Hörmətnəjad və Saman Hörmətnəjad sıra ilə 15 və 12 il azadlıqdan məhrum ediliblər.

Ərəb İnsan Haqları Təşkilatı "Karun", adı çəkilən məhkumların məhkəməsinin təməlprinsiplərin pozulması ilə müşayiət olunduğunu bildirib.

Təşkilat, fəalların vəkillə təmin olunmalarına icazə verilmədiyini, işgəncə altında saxta etiraf verməyə məcbur edildiklərini vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar