SON XƏBƏRLƏR

Donald Tramp Qətər əmiri ilə İranı müzakirə edəcək

2025.07.16, 12:03
Donald Tramp Qətər əmiri ilə İranı müzakirə edəcək

ABŞ prezidenti Donald Tramp və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani bu gün axşam yeməyində ABŞ və İran arasında yeni nüvə sazişi, eləcə də Qəzza müharibəsi ilə bağlı danışıqların yenidən başlaması səylərini müzakirə edəcəklər.

Gunaz.tv

Bu haqda "Axios"-un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.

Ağ Ev daha əvvəl ABŞ prezidentinin çərşənbə günü Bəhreyn kralı və vəliəhd şahzadəsi, ardınca isə Qətərin baş naziri ilə görüşəcəyini açıqlamışdı.

Qeyd edək ki, iki gün əvvəl İran XİN-i ABŞ-İran danışıqlarında vasitəçi lkənin dəyişə biləcəyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar