SON XƏBƏRLƏR

İranda əfqanistanlı sosial medi fəalı həbs edilib

2025.07.16, 16:36
İranda əfqanistanlı sosial medi fəalı həbs edilib

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Əfqanistan vətəndaşı 29 yaşlı Sara Qohərini həbs edib.

Gunaz.tv

Bu haqda əfqanistanlı hüquq müdafiəçiləri məlumat yayıb.

Məlumata görə, Tehran Universitetinin sosiologiya üzrə tələbəsi olan Qohəri, iyulun 6-da Əfqanistanla sərhəd Taybad bölgəsində saxlanılsa da, onun həbs edildiyi iyulun 15-də təsdiq olunub.

"Həm də sosial media fəalı olan Sara Qohəri, İran hökumətinin əfqanistanlı qaçqınlara qarşı qəddar münasibəti barədəki paylaşımlarına görə saxlanılıb",- hüquq müdafiəçiləri bildirib.

Qeyd edək ki, cari ildə 1 milyon 200 min əfqanistanlı qaçqın İrandan qovulub, İran-İsrail qarşıdurmasından sonra isə onların deportasiyası dahada sürətlənib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar