SON XƏBƏRLƏR

Ocanda su çatışmazlığı yaşanır

2025.07.17, 11:09
Ocanda su çatışmazlığı yaşanır

Şərqi Azərbaycan əyalətinin Ocan "Bostanabad" şəhəri və ətraf bölgələrində su çatışmazlığı yenidən şiddətlənib.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, havaların istiləşməsi ilə eyni vaxtda içməli suyun verilişində 10-16 saatlıq fasilələr yaranıb.

Bildirilib ki, bu vətəndaşların həyatını çətinləşdirməklə yanaşı iaşə obyektləri və iş yerlərinin də fəaliyyətinə mənfi təsir göstərir.

Bir müddət əvvə Şərqi Azərbaycan Regional Su Şirkətinin yaydığı məlumatda, əyalətin su anbarlarında mövcud olan suyun miqdarının son 50 ilin antirekordunu vurduğu deyilib.

Bundan sonra yağıntıların azalacağına görə, əyalətin yay aylarında ciddi su problemi ilə üzləşəcəyi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, ekoloqlar su qıtlığının yaranmasında əlaqədar dövlət qurumlarını günahlandırır, yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini bildirirlər.

Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə edilməsi quraqlığın artmasına səbəb olur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar