SON XƏBƏRLƏR

İran Ali Məhkəməsi 3 azərbaycanlı  fəalın həbs cəzası təsdiqlədi - 25 il

2025.07.22, 09:39
İran Ali Məhkəməsi 3 azərbaycanlı  fəalın həbs cəzası təsdiqlədi - 25 il

Hazırda Tehran həbsxanasında saxlanılan azərbacanlı milli fəallar Araz Aman, Ayaz Seyfxah və Baqir Hacızadə barəsində ilkin məhkəmənin çıxardığı 25 illik həbs qərarını İran Ali Məhkəməsi təsdiq edib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Araz Aman və Baqir Hacızadə "casusluq" ittihamına görə hər biri 8 il,  Ayaz Seyfxah isə "casusluq" və "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün toplaşmaq və sövdələşmək" ittihamına görə 9 il azadlıqdan məhrum edilib.

Bununla yanaşı həbsdən sonra onların 2 il müddətinə sosial mediada fəaliyyətlərinə, siyasi və ictimai təşkilatlara üzv olmalarına, ölkədən çıxışlarına qadağa qoyulub.

Qeyd edək ki, adı çəkilən fəallar 2023-cü il fevralın 5 və 7-də Təbrizdə həbs ediliblər.

GnüazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar