SON XƏBƏRLƏR

AB Rusiyaya görə Xameneinin müşavirinin oğlunu cəzalandırdı

2025.07.22, 09:46
AB Rusiyaya görə Xameneinin müşavirinin oğlunu cəzalandırdı

Avropa Birliyi Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində İran rəhbəri Əli Xaməneinin ali müşaviri Əli Şamxaninin oğlu və neft taciri olan Hüseyn Şamxani və onun bir neçə şirkətinə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu haqda "Bloomberg" nəşri məlumat yayıb.

Bildirib ki, İsranın baş məsləhətçisinin oğlu Hüseyn Şamxani Rusiyanın neft ticarətində əsas fiqurdur.

"Sanksiyalardan yan keçən və Rusiya neftini üçüncü ölkələrə, xüsusən də Hindistan və Çinə ixrac edilən neft daşıyıcıları şəbəkəsi donanmasının əsas idarəçilərindəndir.

AB həmçinin Dubayda yerləşən Admiral Group və Milavus da daxil olmaqla Şamxani ilə əlaqəli şirkətlərə sanksiya tətbiq edib. 

“Hüseyn Şamxani iqtisadiyyatın Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi olan sektorunda iştirak edir”,- Avropa Birliyinin bəyanatında bildirilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar