SON XƏBƏRLƏR

İsrail: İranla müharibənin bərpası ehtimalı var

2025.07.23, 11:14
İsrail:  İranla müharibənin bərpası ehtimalı var

İsrailin müdafiə naziri Yisrael Katz yüksək rütbəli ordu komandirləri ilə görüşündə İranla müharibənin yenidən başlaması ehtimalının olduğunu bildirib.

Gunaz.tv

Katz İranın nüvə və raket layihələrinin yenidən qurulmasının qarşısını almaq üçün effektiv icra planı hazırlamağa çağırıb.

Görüşdə İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir və Əməliyyatlar, Hərbi Kəşfiyyat və Planlaşdırma idarələrinin rəisləri, bir qrup yüksək rütbəli ordu komandirləri və Mossad və Şin Betdən olan nümayəndələr iştirak edib.

İsrail və İran arasındakı “12 günlük müharibə”yə toxunan Katz deyib ki, “Yüksələn Aslan” əməliyyatının xüsusilə hava üstünlüyü sahəsində əldə etdiyi nailiyyətlər qorunmalı və İranın nüvə və raket layihələrinin yenidən qurulmasının qarşısını almaq üçün effektiv icra planı hazırlanmalıdır.

Xatırladaq ki, bazar ertəsi, iyulun 20-də Amerika prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazı dərc edərək, İranın nüvə obyektlərinin bombalanmasını növbəti dəfə müdafiə edib və lazım gələrsə, bunu yenidən edəcəyi barədə xəbərdarlıq edib.

İsrailin müdafiə naziri yüksək səviyyəli ordu komandirləri ilə görüşdə Qəzza zolağı və Yəməndəki iki cəbhəsinin hələ də fəal olduğunu vurğulayaraq bu iki cəbhədə "tam qələbə"nin əldə olunmasını istəyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar