SON XƏBƏRLƏR

İsrail XİN Xaməneilə bağlı paylaşım etdi - Son!

2025.07.23, 11:49
İsrail XİN Xaməneilə bağlı paylaşım etdi - Son!

İsrail Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsinin farsdilli hesabında İran rəhbəri Əli Xaməneinin karikaturası dərc olunub.

Gunaz.tv

Şəkildə əlində əsa və stresli şəkildə təsvir edilən Xamenei quru səhrada “Son” yazılan lövhəyə baxır. Arxa planda İnqilab Keşikçiləri Korpusunun iki üzvü görünür.

Karikatura ərəb karikaturaçı Sair Sebil tərəfindən çəkilib və İsrail Xarici İşlər Nazirliyi onu sadəcə bir sözlə yenidən paylaşıb: "Tezliklə".

“Tezliklə” ifadəsi dolayısı ilə İslam Respublikasının hakimiyyətinin və Əli Xameneinin sonunun yaxınlaşdığına işarə edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar