SON XƏBƏRLƏR

Səbzevar sakinləri elektrik və su kəsilməsinə etiraz ediblər

2025.07.23, 12:12
Səbzevar sakinləri elektrik və su kəsilməsinə etiraz ediblər

Son günlər tez-tez elektrik və su kəsilməsinin davam etməsindən sonra, yüzlərlə Səbzevar sakini mövcud vəziyyətə etiraz etmək üçün çərşənbə axşamı gecə saatlarında şəhər qubernatorluğu qarşısına toplaşıb.

Gunaz.tv

Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, eyləmçilər “Bizim elektrikmiz, suyumuz yoxdur – Qubernator, siz yuxudasız!” və “şərəfsiz, şərəfsiz...”.kimi şüarlar səsləndirərək məmurlardan hesabat tələb ediblər.

Məlumatlara görə, bəzi bölgələrdə təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün eyləmlərə müdaxilə edib. Hələlik etirazlar zamanı həbs edilən və ya yaralananların sayı ilə bağlı dəqiq rəqəmlər açıqlanmayıb.

Yayda yüksək temperatur şəraitində elektrik enerjisinin kəsilməsi və xüsusilə aztəminatlı məhəllələrdə içməli suya davamlı çıxışın olmaması İranda ictimaiyyətin qəzəbinə səbəb olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar