SON XƏBƏRLƏR

İranda polis əməkdaşları sürücünü öldürdü

2025.07.25, 12:23
İranda polis əməkdaşları sürücünü öldürdü

İranın Məşhəd şəhərində polis əməkdaşını yandıran sürücü döyülərək öldürülüb.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, hadisədən sonra həbs edilən sürücü polis əməkdaşları tərəfindən döyülüb və aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatana qədər həyatını itirib.

Rəsmi məlumatda onun intihar etdiyi iddia olunub.

Qeyd edək ki, bir gün əvvəl polis əməkdaşı minik avtomobilində axtarış apardığı zaman sürücü buna etiraz edib və polisin üzərinə benzin səpərək onu yandırıb.

Hadisə yerinə gələn başqa polislər sürücünü həbs edib, yanan polis əməkdaşı isə xəstəxanaya köçürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar