SON XƏBƏRLƏR

Rusiya PUA istehsalını genişləndirir

2025.07.26, 09:45
Rusiya PUA istehsalını genişləndirir

Rusiya İrandan aldığı Şahed tiplu PUA-ların istehsalı zavodunu genişləndirir.

Gunaz.tv

CNN xəbər verir ki, Rusiya Şahed tipli PUA-ların istehsalında əsas mərkəz olan "Alabuqa" zavodunu sürətlə genişləndirir.

Peyk görüntüləri göstərir ki, yeni istehsal sahələri və 40 000 işçi üçün yataqxanaların tikintisi sürətlə davam edir.

Zavod hazırda İran dizaynından tam yerli istehsala keçid mərhələsindədir və ərazidə mühərrik istehsal edən tökmə sexinin fəaliyyət göstərdiyinə dair dəlillər mövcuddur.

Kadr çatışmazlığını aradan qaldırmaq üçün "Alabuqa" rəhbərliyi "Polytech" kollecindən yeniyetmələri cəlb edir, afrikalı qadınları isə xarici proqramlar vasitəsilə işə götürür.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar