SON XƏBƏRLƏR

İranda su böhranı - Pezeşkian yenə qənaətə çağırdı

2025.07.26, 09:56
İranda su böhranı - Pezeşkian yenə qənaətə çağırdı

Başda Tehran olmaqla İranın əksər bölgələrində su çatışmazlığının aşanmasına görə Prezident Məsud Pezeşkian yenədə xalqa səslənərək onları sudan istifadədə qənaət etməyə çağırıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

"Tehran suyunun əsas hissəsini təmin edən Kərəc su anbarında suyun səviyyəsi 48 metr aşağı düşüb. Problemin həllinə çalışırıq, ancaq vəziyyətin düzəlməsi üçün vətəndaşlar qənaət etməlidirlər",- Pezeşkian bildirib.

Qeyd edək ki, İranın 25 əyalətinin 53 şəhərində su çatışmazlığı yaşanır və mütəxəssislər su ehtiyatlarının tükəndiyi üçün bunun dahada dərinləşəcəyini proqnozlaşdırırlar.

Bununla yanaşı ölkədə elektrik enerjisinin verilməsində də ciddi nöqsanlar yaranıb, bəzi bölgələrdə elektrik enerjisi kəsintiləri sutkada 10 saata çatır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar