SON XƏBƏRLƏR

Təbrizdə içməli su çatışmazlığı davam edir

2025.07.26, 14:53
Təbrizdə içməli su çatışmazlığı davam edir

Təbriz şəhərinin əksər bölgələrində içməli suyun verilişində uzun fasilələr yaranacaq.

Gunaz.tv

Bu haqda Şərqi Azərbaycan Su və Kanalizasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, 31 məhəllə və şəhərcikdə su kəsintisi 5-10 saat müddətində olacaq.

Bununla yanaşı Təbriz və ətraf bölgələrində elektrik enerjsinin verilişində də problemlər və elektrik enerjisi kəsintiləri bəzən sutka ərzində 10 saata çatır.

Qeyd edək ki, 2 gün əvvəl Şərqi Azərbaycanın Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə əyalətin su anbarlarında yalnız 75 günlük su ehtiyatı qladığı barədə xəbərdarlıq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar