SON XƏBƏRLƏR

NATO Putinə təzyiqi artırır

2025.07.29, 13:37
NATO Putinə təzyiqi artırır

Şimali Atlantika Alyansı (NATO) Rusiya lideri Vladimir Putinə təzyiqi artırır.

Gunaz.tv

Günaz TV "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Bu, Amerika Prezidenti Donald Trampın Rusiya və Ukrayna məsələsi üzrə taktikasının dəyişməsi ilə bağlıdır.

Belə ki, əvvəlcə Ağ Ev rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskiyə qəzəblənib. Trampın sözlərinə görə, o, sülh və bu məsələni Rusiya ilə həll etmək istəməyib. İndi Trampın əhvali-ruhiyyəsi dəyişib - neqativlik Moskvaya doğru yönəlib.

"NATO müttəfiqləri də, həmçinin Putinə təzyiqi artırır, Almaniya isə Amerika və digər müttəfiqləri ilə Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı fəal danışıqlar aparır", - deyə məqalədə qeyd olunub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar