SON XƏBƏRLƏR

Yılmaz Mehrəlibəyli Təbrizdə 10 günlük həbsdən sonra Culfa Həbsxanasına köçürülüb

2025.07.31, 10:36
Yılmaz Mehrəlibəyli Təbrizdə 10 günlük həbsdən sonra Culfa Həbsxanasına köçürülüb

Culfadan olan fəal Yılmaz Mehrəlibəyli 30 iyul 2025-ci il çərşənbə günü Təbriz Kəşfiyyat İdarəsindən Culfa Həbsxanasına köçürülüb.

Gunaz.tv

21 iyul 2025-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Yılmaz Mehrəlibəyli ailəsi ilə telefon danışığında ona qarşı irəli sürülən ittihamların “sistemin əleyhinə təbliğat” və “ictimai rəyi çaşdırmaq” olduğunu açıqlayıb. Bu ittihamlara misal olaraq onun siyasi məhbuslara dəstək fəaliyyəti və sosial şəbəkələrdəki paylaşımları göstərilib.

O, insan haqları və siyasi məhbusların müdafiəsi sahəsində dinc fəaliyyətinə görə əvvəllər də həbs edilmiş və təzyiqlərə məruz qalmışdır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar