SON XƏBƏRLƏR

14 ölkə İranla bağlı bəyanat yaydı

2025.08.01, 10:19
14 ölkə İranla bağlı bəyanat yaydı

Amerika və onun 13 müttəfiqi birgə bəyanat yayaraq İslam Respublikasının kəşfiyyat xidmətlərinin artan təhdidlərini pisləyib və onları “milli suverenliklərinin açıq şəkildə pozulması” adlandırıb.

Gunaz.tv

Bu haqda Amerika Dövlət Departamenti məlumat yayıb.

“Biz İslam Respublikasının kəşfiyyat xidmətlərinin Avropa və Şimali Amerikada insanları öldürmək, oğurlamaq və təqib etmək cəhdlərinə qarşı həmrəyik. İranın bu hərəkətləri  suverenliyimizin açıq şəkildə pozulmasıdır”.,- bəyanatda bildirilib.

İyulun 31-i axşam qəbul edilən bəyanat Amerika, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İsveç hökumətləri tərəfindən imzalanıb.

Bəyanatı imzalayan ölkələr vurğulayırlar ki, İslam Respublikasının kəşfiyyat xidmətləri “Avropa və Şimali Amerikada jurnalistləri, siyasi rəqiblərini, yəhudi vətəndaşlarını, hazırkı və keçmiş məmurları hədəfə almaq üçün beynəlxalq cinayət təşkilatları ilə əməkdaşlığını getdikcə daha çox artırır”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai 14 ölkənin birgə bəyanatını “yalan ittiham” və “İranofobik kampaniyanın” tərkib hissəsi adlandırıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar