SON XƏBƏRLƏR

Amerika yenidən xəbərdarlıq etdi - İrana getməyin

2025.08.02, 11:56
Amerika yenidən xəbərdarlıq etdi - İrana getməyin

İran İslam Respublikası İsraillə 12 günlük müharibədən sonra paranoyaya düçar olub və casus axtarışındadır. Buna görə də İrana getməyin.

Gunaz.tv

Bu Amerikanın Xarici İşlər Nazirliyinin X hesabında yazılıb.

"İrana səfər etmək istəyənlər bu qərarları barədə yenidən düşünməlidirlər. Bir daha təkrar edirik: Amerika vətəndaşları İrana getməsin!",- nazirlik xəbərdarlıq edib.

Qeyd edək ki, Amerika bundan əvvəl də bir neçə dəfə vətəndaşlarına İrana getməməklə bağlı xəbərdarkıq edib.

Bu, xüsusən İran-İsrail qarşıdurmasından sonra xarici vətəndaşların "İsrailə casusluq" ittihamına görə həbs edilmək riski ilə bağlıdır.

Bir müddət əvvəl İran təhlükəsizlik qüvvələri İran əsilli iki Amerikavətəndaşını "İsraillə əməkdaşlıq" ittihaı ilə həbs edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar