SON XƏBƏRLƏR

KİV: İsrailin PUA hücumu nəticəsində “Hizbullah”ın komandiri öldürülüb

2025.08.06, 11:08
KİV: İsrailin PUA hücumu nəticəsində “Hizbullah”ın komandiri öldürülüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) çərşənbə axşamı günün axşam saatlarında Lübnanın şərqində “Hizbullah” terror təşkilatının silahlı qanadının komandirlərindən biri Qasem Qarabın avtomobilinə hücumu zamanı onu zərərsizləşdirib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə “Janoubia” portalı məlumat yayıb.

Məlumata görə, insident Britel-Baalbek avtomobil yolunda baş verib, pilotsuz təyyarə yerüstü hədəfə üç raket atıb. Ölən komandir “Vahda-1900” təxribat bölməsinə rəhbərlik edib. İsrail PUA-ları bir neçə ay idi ki, onu axtarırdı.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar